İBADOV Rza Aydın oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 4 saylı Babək–Şahbuz
1966-cı il martın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. İngilis və rus dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabrın 26-da 4 №-li Babək-Şahbuz seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvüdür. Evlidir, 1 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU