ƏLİYEV Cəlal Əlirza oğlu
Dairə: 62 saylı Saatlı seçki dairəsi
1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. Biologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür. «İstiqlal» ordeni, «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilmişdir. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1948-ci ildən Azərbaycan Dövlət Universitetinin Bitki fiziologiyası kafedrasında laborant işləmişdir. 1954-cü ildən Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, 1962-ci ildən laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1971-ci ildən Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, 1976-cı ildən laboratoriya müdiri, şöbə müdiri, 1981-ci ildən Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olmuşdur. Hazırda Azərbaycan MEA-nın Rəyasət Heyətinin üzvüdür. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
1 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası