HÜSEYN Pənah Çodar oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 63 saylı Sabirabad birinci seçki dairəsi
1957-ci il oktyabrın 28-də Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, tarix muzeyinin elmi işçisi olmuşdur. 1986-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ildə Azərbaycan Respublikasının Baş naziri işləmişdir. 1997–2000-ci illərdə Azərbaycan MEA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi olmuşdur. Azərbaycan Xalq Partiyasının üzvüdür. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Fransa, Azərbaycan-Gürcüstan, Azərbaycan- İran, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Azərbaycan Xalq Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU