ƏHMƏDOV Gülhüseyn Əliəhməd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi
1955-ci il iyunun 20-də Saatlı rayonunun Qaracalar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. Biologiya elmləri namizədidir. 15 elmi əsərin müəllifidir. Rus dilini bilir. 1977-ci ildən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, analitik, baş elmi işçi olmuşdur. 1989-cu ildən Abşeron Rayon Məmmədli Tərəvəzçilik-Südçülük Aqrar İstehsalat Birliyinin baş aqronomu, Abşeron Rayon Aqrar-Sənaye Kombinatının aparıcı aqronomu, 1992-ci ildən «Qaracalar» kiçik müəssisəsi direktorunun müavini vəzifələrində çalışmışdır. 1993–2005-ci illərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstraliya, Azərbaycan-Bosniya və Herseqovina, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU