QURBANOV Mübariz Qəhrəman oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 6 saylı Birinci Yasamal
1954-cü il yanvarın 7-də Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Tarix elmləri namizədi, dosentdir. Rus dilini bilir. Azərbaycan Demokratik İstiqlal Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də 6 №-li Birinci Yasamal seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Azərbaycan Demokratik İstiqlal Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU