HƏSƏNOV Aydın Xanhüseyn oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 67 saylı Cəlilabad şəhər seçki dairəsi
1942-ci il noyabrın 7-də Cəlilabad şəhərində anadan olmuşdur. Bakı Ali Hərbi Ümumqoşun Məktəbini və Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. 1961-ci ildən Cəlilabad Rayon Hərbi Komissarlığında şöbə rəisinin köməkçisi, 1969-cu ildən Biləsuvar rayonunda hərbi komissarın köməkçisi, Hərbi Komissarlığın şöbə rəisi işləmişdir. 1974-cü ildən Sabirabad Rayon Hərbi Komissarlığında şöbə rəisi, 1978-ci ildən Ağsu rayonunun, 1980-ci ildən Şamaxı rayonunun hərbi komissarı olmuşdur. 1987-ci ildən Azərbaycan Respublikasının Hərbi Komissarlığında 2-ci şöbənin və Respublika toplanış məntəqəsinin rəisi, 1992-ci ildən Azərbaycan Respublikası Prokurorluğunun şöbə prokuroru, 1995–1997-ci illərdə Respublika toplanış məntəqəsinin rəisi vəzifələrində çalışmışdır. Bitərəfdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əfqanıstan, Azərbaycan-Gürcüstan, Azərbaycan-İraq, Azərbaycan-İran, Azərbaycan-Pakistan, Azərbaycan- Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU