ABIYEV Əhəd Mikayıl oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 70 saylı Masallı şəhər seçki dairəsi
1958-ci il yanvarın 15-də Masallı şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və universitetin hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1979-cu ildən Bakı şəhərində tikinti-quraşdırma idarəsinin ustası, mənzil-istismar sahəsinin texniki, «Azərittifaq»ın universal bazasının iqtisadçısı olmuşdur. 1984–1995-ci illərdə Bakı Şəhər İcraiyyə Komitəsində inspektor, iqtisadçı, şöbə müdiri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvüdür. Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əlcəzair, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU