AXUNDOVA Elmira Hüseyn qızı
Dairə: 71 saylı Masallı kənd seçki dairəsi
1953-cü il mayın 26-da Moskva vilayətinin Ramenskoye qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri namizədidir. Əməkdar jurnalistdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Həsən bəy Zərdabi, Rəsul Rza və Nəcəf Nəcəfov mükafatlarının laureatıdır. R.Rza adına Beynəlxalq Ədəbiyyat Fondunun vitse-prezidentidir. Bir sıra bədii və publisistik kitabların müəllifidir. Rus və fransız dillərini bilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür. 1977-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, 1980-ci ildən Azərbaycan Yazıçılar İttifaqında referent-məsləhətçi, 1988-ci ildən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifələrində çalışmışdır. 1990-cı ildən «Literaturnaə qazeta»nın, 1993-cü ildən «Svoboda» radiosununmüxbiri, 1998-ci ildən «Obhaə qazeta»nın Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur. 2002-ci ildən Bakı Slavyan Universitetinin dosentidir. Bitərəfdir.
Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri, Azərbaycan-Çernoqoriya, Azərbaycan-Fransa, Azərbaycan-Küveyt, Azərbaycan-Rusiya, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə
heyətinin üzvüdür.
Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf