QULİYEV Rüfət Atakişi oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 73 saylı Lənkəran şəhər seçki dairəsi
1963-cü il mayın 6-da Bakı şəhərində anadan olmuşdur. Kiyev Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun Himayəçilər Şurasının, Azərbaycan-Türkiyə İş Adamları Birliyi Məsləhət Şurasının üzvü, Azərbaycan-Türkiyə Biznes Şurasının həmsədridir. 115 elmi əsərin və məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1986-cı ildən Azərbaycan Politexnik İnstitutunda baş laborant, müəllim, baş müəllim, 1997-ci ildən Azərbaycan Texniki Universitetində dosent vəzifələrində çalışmışdır. 1999-cu ildən «European Tobacco-Baku» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədridir. Bitərəfdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Danimarka, Azərbaycan-Hindistan, Azərbaycan-İtaliya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU