PAŞAZADƏ Cavanşir Hümmət oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 75 saylı Lənkəran – Masallı seçki dairəsi
1953-cü il aprelin 12-də Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültəsini bitirmişdir. Rus, fars, özbək və tacik dillərini bilir. 1977-ci ildən Lənkəran Su Tikinti İdarəsində texnik, mühəndis, suvarma istehsalatında sahə ustası, sahə rəisi, tikinti trestində əmtəəşünas, usta işləmişdir. 1986-cı ildən Lənkəran Texniki Materiallar Bazasında mühəndis, neft məhsulları bazasında operator, paylayıcı briqadir, direktor müavini olmuşdur. 1992-ci ildən Lənkəran 3 saylı çay fabrikinin direktoru, 1998–2005-ci illərdə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoru vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. Azərbaycan-Suriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İraq, Azərbaycan-İtaliya, Azərbaycan-Pakistan, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU