ABDULLAZADƏ Fatma Hüseyn qızı
1948-ci il mayın 28-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini və Moskva İctimai Elmlər Akademiyasının politologiya fakültəsini bitirmişdir. Fizika-riyaziyyat elmləri doktorudur. Rus və ingilis dillərini bilir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
1995-ci il noyabrın 12-də 7 No-li İkinci Yasamal seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri komissiyasının üzvüdür.
Evlidir, 2 övladı var