ƏLİYEV Vasif İzzət oğlu
Dairə: 77 saylı Astara seçki dairəsi
1941-ci il sentyabrın 21-də Astara şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz mədənlərinin maşın və avadanlığı fakültəsini bitirmişdir. Texnika elmləri doktorudur. Əməkdar mühəndisdir. 1 monoqrafiyanın, 3 kitabın və 36 məqalənin müəllifidir. 7 ixtirası və 3 patenti vardır. Rus və ingilis dillərini bilir.
1963-cü ildən Neft Mədənləri İdarəsində çilingər, mexanik, qaz-kompressor stansiyasının rəisi, qaz-kompressor sexi rəisinin müavini, baş mühəndis, 1973-cü ildən «Qaradağneft» NQÇİ-də sex rəisi, «Azərqaznəqliyyat» İstehsalat Birliyində
mexanikləşdirilmiş səyyar dəstənin rəisi,1977-ci ildən Azərbaycan qaz emalı zavodunda blok üzrə mühəndis-mexanik, 1978-ci ildən «Neft Daşları» NQÇİ-də qaz-kompressor sexi rəisinin müavini işləmişdir. 1980-ci ildən Xəzərdənizneftqazsənaye»
İstehsalat Birliyinin böyük mühəndisi, şöbə rəisi vəzifələrində çalışmışdır. 2000–2005-ci illərdə ARDNŞ-nin Neftin və qazın strateji
problemlərinin koordinasiyası departamentinin rəisi olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Belarus, Azərbaycan-İraq, Azərbaycan-Makedoniya, Azərbaycan-Suriya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası