ƏKBƏRLİ İltizam Nizam oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 79 saylı İmişli seçki dairəsi
1957-ci il iyulun 1-də İmişli şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. Rus dilini bilir. 1979-cu ildən İmişli rayonunda müəllim, Gənc texniklər stansiyasının müdiri işləmişdir. 1983–1991-ci illərdə İmişli Rayon İcraiyyə Komitəsində təlimatçı, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1992–1993-cü illərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. Müsavat Partiyasının üzvüdür. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. Azərbaycan-Belçika, Azərbaycan-Norveç, Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: MP-nin üzvü

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU