ƏHMƏDOV Əhəd Abbas oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 80 saylı İmişli - Beyləqan seçki dairəsi
1967-ci il martın 5-də İmişli rayonunun Göbəktala kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişdir. Rus dilini bilir. 1991-ci ildən «Günəş» Elm-İstehsalat Assosiasiyasının direktoru, 1994-cü ildən Azərbaycan Kurortlar Birliyinin şöbə rəisi, 1996-cı ildən «Azəri» firmasının direktoru, 2000–2005-ci illərdə Füzuli rayon şərab zavodunun direktoru vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Cənubi Afrika Respublikası, Azərbaycan-Çin, Azərbaycan-Meksika, Azərbaycan-Özbəkistan, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU