MƏMMƏDOV Səfər Musa oğlu
Dairə: 81 saylı Beyləqan seçki dairəsi
1951-ci il noyabrın 8-də Beyləqan şəhərində anadan olmuşdur. Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. Rus dilini bilir.
1968-ci ildən Beyləqanda «Yüksəliş» qəzetinin mətbəəsində mürəttib, linotipçi, korrektor işləmişdir. 1981-ci ildən yerli radio verilişləri redaksiyasının müxbiri, 1982-ci ildən «Yüksəliş» qəzetinin korrektoru, mətbəə müdiri, 1993-cü ildən «Beyləqan» qəzetinin məsul katibi olmuşdur. 1996-cı ildən Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatında şöbə müdiri, aparatın rəhbəri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İsrail, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası