RZAYEV Tahir Musa oğlu
Dairə: 82 saylı Ağcabədi seçki dairəsi
1950-ci il fevralın 24-də Ağcabədi rayonunun Xəlfərəddin kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. 12 kitabın müəllifidir. Rus dilini bilir.
1970-ci ildən Ağcabədi rayonunun tikinti idarələrində fəhlə işləmişdir. 1971-ci ildən Ağcabədi rayonunda çıxan «Sürət» qəzetində ədəbi işçi, 1977-ci ildən rayon Komsomol Komitəsinin ikinci katibi, birinci katibi, 1982-ci ildən Ağcabədi Rayon Partiya Komitəsinin təlimatçısı, 1987-ci ildən Ağcabədi Rayon İcraiyyə Komitəsi sədrinin birinci müavini, Ağcabədi Rayon Partiya Komitəsinin ikinci katibi olmuşdur. 1989–1991-ci illərdə rayon yemçilik birliyində fəhlə, 1991-ci ildən «Ülfət» qəzetində ədəbi işçi, «Aran» qəzetində şöbə müdiri, 1994-cü ildən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının köməkçisi, İcra Hakimiyyətinin şöbə müdiri, 1999–2001-ci illərdə Ağcabədi şəhər bələdiyyəsinin sədri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvüdür. Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əfqanıstan, Azərbaycan-Norveç, Azərbaycan-Pakistan, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası