HACIYEV Sabir Kamal oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 88 saylı Göyçay seçki dairəsi
1954-cü il oktyabrın 5-də Göyçay şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1977-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin VVAQ idarəsində məsləhətçi, baş məsləhətçi, Qanunların sistemləşdirilməsi və qanun layihələrinin hazırlanması idarəsində baş məsləhətçi, rəis müavini işləmişdir. 1988-ci ildən respublika Prokurorunun köməkçisi, Nazirlər Soveti Hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1990–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatı Dövlət-hüquq şöbəsinin müdiri, hüquq siyasəti üzrə Azərbaycan Respublikasının dövlət müşaviri olmuşdur. Vətəndaş Birliyi Partiyasının sədridir. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Avstriya, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Çernoqoriya, Azərbaycan-Fransa, Azərbaycan-Lüksemburq, Azərbaycan-Makedoniya, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. 2 övladı var.
Partiya mənsubiyyəti: Vətəndaş Birliyi Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU