HACIYEV Şəmsəddin Hümmət oğlu
Dairə: 89 saylı Göyçay – Ağdaş seçki dairəsi
1950-ci il noyabrın 8-də Ucar rayonunun Lək kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ticarətin iqtisadiyyatı fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Rus və ingilis dillərini bilir.
1970-ci ildən Azərbaycan Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçı, kiçik elmi işçi, baş elmi işçi, bölmə müdiri işləmişdir. 1981-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim, dosent, həmkarlar ittifaqı komitəsinin sədri, kafedra müdiri vəzifələrində çalışmışdır. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin rektorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədridir. Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-İran, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası