ƏSƏDULLAYEV Çingiz Rauf oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 90 saylı Ağdaş seçki dairəsi
1960-cı il avqustun 25-də Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə və kredit fakültəsini bitirmişdir. Azərbaycan Banklar Assosiasiyasının vitse-prezidentidir. Bakı Fond Birjası Müşahidə Şurasının və İnvestisiyaların Təşviqi Fondunun Himayəçilər Şurasının sədridir. Rus və ingilis dillərini bilir. 1979-cu ildən SSRİ Dövlət Bankının Azərbaycan kontorunda iqtisadçı, aparıcı iqtisadçı, 1986-cı ildən Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində bölmə rəisi, «Azərittifaq» Birliyində baş iqtisadçı, idarə rəisinin müavini işləmişdir. 1990-cı ildən Bakı İstehlakçılar Cəmiyyətinin vitse-prezidenti, «Nefteko» sovet-alman müəssisəsinin icraçı direktoru, 1991-ci ildən «Turan» Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 1992-ci ildən «Azəriqazbank» Səhmdar İnvestisiya Bankının İdarə Heyətinin sədri vəzifələrində çalışmışdır. 1997-ci ildən «Azəriqazbank» Səhmdar İnvestisiya Bankının Müşahidə Şurasının sədri, 2007-ci ildən Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondunun Müşahidə Şurasının sədridir. Bitərəfdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyası sədrinin müavinidir. Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-İndoneziya, Azərbaycan-Küveyt, Azərbaycan-Latviya, Azərbaycan-Özbəkistan, Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir. Evlidir, 5 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU