ƏLİYEVA Jalə Fazil qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 92 saylı Zərdab - Ucar seçki dairəsi
1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini qırmızı diplomla bitirmiş, daha sonra həmin universitetin hüquq fakültəsində təhsil almışdır. Filologiya elmləri doktorudur. Türk dili və ədəbiyyatı üzrə mütəxəssisdir. 2 monoqrafiyanın və 30-dan çox elmi məqalənin müəllifidir. Rus və ərəb dillərini bilir. 1988-ci ildən Azərbaycan Mədəniyyət Fondunda müfəttiş işləmişdir. 1992–2005-ci illərdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində tərcüməçi vəzifəsində çalışmışdır. 1996-cı ildən Bakı Dövlət Universitetinin müəllimi olmuşdur. Hazırda BDU-nun Türk filologiyası kafedrasının professorudur. Bitərəfdir. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Liviya, Azərbaycan-Slovakiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür. 1 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU