BAXŞƏLİYEVA Gövhər Baxşəli qızı
Dairə: 94 saylı Bərdə kənd seçki dairəsi
1954-cü il noyabrın 26-da Bərdə şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. «Qızıl qələm» mükafatı laureatıdır. 3 monoqrafiyanın, 5 kitabın, 90-dək elmi və elmi-publisistik məqalənin müəllifidir. Ərəb, rus və ingilis dillərini bilir.
1977-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. 1997-ci ildən Azərbaycan MEA-nın Şərqşünaslıq İnstitutunun direktorudur.
Bitərəfdir.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2001-ci il iyunun 12-dən 2005-ci il dekabrın 2-dək parlament Sədrinin müavini vəzifəsində çalışmışdır. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür.
Azərbaycan-Liviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çin, Azərbaycan-İspaniya, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan
nümayəndə heyətinin rəhbəridir.
1 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf