QULİYEVA Aynur Camal qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 95 saylı Tərtər seçki dairəsi
1975-ci il fevralın 7-də Tərtər rayonunun Mamırlı kəndində anadan olmuşdur. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsini bitirmişdir. Rus dilini bilir. «Qadın Konsensus Mərkəzi» İctimai Birliyinin sədridir. 1996–2000-ci illərdə «Azərbaycan Ordusu», «Xalq qəzeti», «Şans», «Ulus», «Millətin səsi», «Yeni Yüzil» qəzetlərinin, 2001–2005-ci illərdə «Yeni Müsavat» qəzetinin müxbiri işləmişdir. Müsavat Partiyasının üzvüdür. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-İordaniya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Norveç, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir.
Partiya mənsubiyyəti: MP-nin üzvü

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU