MƏMMƏDOV Nazim Hüseyn oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 104 saylı Gədəbəy - Tovuz seçki dairəsi
1963-cü il mayın 4-də Gədəbəy rayonunun Çayrəsullu kəndində anadan olmuşdur. Voronej Dövlət Aqrar Universitetinin yer quruluşu fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İqtisad elmləri namizədidir. Çoxsaylı məqalələrin müəllifidir. Rus dilini bilir. 1989-cu ildən Voronej Kənd Təsərrüfatı İnstitutunda kiçik elmi işçi, 1990-cı ildən Voronej Dövlət Aqrar Universitetində müəllim işləmişdir. 1993–1999-cu illərdə Lipetsk şəhərində «Kapital X» MMC-nin baş direktoru, 1996-cı ildən «İmperial LTD» Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru olmuşdur. 2000-ci ildən Bakı şəhərində «Qlobal Kaspian LTD» şirkətinin prezidenti, 2003–2005-ci illərdə «Binapmetal» MMC-nin baş direktoru vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Bosniya və Herseqovina, Azərbaycan-İndoneziya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Niderland, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU