VƏKİLOV Vaqif Səməd oğlu
Dairə: 107 saylı Qazax seçki dairəsi
1939-cu il iyunun 5-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini bitirmişdir. Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimidir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Müxtəlif dillərdə çap olunmuş şeir və dram əsərlərindən ibarət 10-dan çox kitabın müəllifidir. Rus dilini bilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür. 1963–1971-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləmişdir. 1968-ci ildən «Azərbaycan Ensiklopediyası» nəşriyyatında şöbə müdiri, 1973-cü ildən Azərbaycan Kinostudiyasında ssenariçi, 1992-ci ildən «Oğuz eli» qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır.
Bitərəfdir. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İsrail, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf