ASLANOVA Rəbiyyət Nurullah qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 109 saylı Balakən seçki dairəsi
1951-ci il iyulun 4-də Kəlbəcər şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Fəlsəfə elmləri doktoru, professordur. 4 kitabın və 40 məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1978-ci ildən Azərbaycan Dövlət Universitetində assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2004-cü ildən Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının professorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədridir. Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Mərakeş, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU