ATAYEV Hikmət İsmayil oğlu
Dairə: 110 saylı Zaqatala
1953-cü il fevralın 4-də Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
2005–2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 4 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası