HEYDƏROV Fəttah Səməd oğlu
Dairə: 116 saylı Qəbələ seçki dairəsi
1938-ci il fevralın 23-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini və Ali Partiya Məktəbini bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Rus dilini bilir.
1955-ci ildən Naxçıvan Muxtar Respublikasında kənd klubunun müdiri, kənd məktəbinin müəllimi işləmişdir. 1966-cı ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi, 1976-cı ildən Naxçıvan Muxtar Respublikasının əhaliyə məişət xidməti naziri olmuşdur. 1978-ci ildən Ordubad Rayon Partiya Komitəsinin, 1980-ci ildən Culfa Rayon Partiya Komitəsinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Regional məsələlər daimi komissiyası sədrinin müavinidir. Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Avstriya, Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 5 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf