QULİYEV Rasul Bayram oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 11 saylı Üçüncü Xətai
1947-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Qazançı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya institutunun əsas üzvi və neft-kimya sintezinin texnologiyası fakültəsini bitirmişdir. Texnika elmləri namizədidir. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də 11 №-li Üçüncü Xətai seçki dairəsindən deputat seçilmişdir. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU