QURBANOV Eyvaz Daşdəmir oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 117 saylı Oğuz-Qəbələ seçki dairəsi
1963-cü il fevralın 14-də Oğuz rayonunun Bucaq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi və idman fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Azərbaycan Milli Olimpiya Komitəsi Təftiş komissiyasının üzvüdür. Rus dilini bilir. 1988-ci ildən Oğuz rayonunda orta məktəbdə müəllim işləmişdir. 1994-cü ildən T.Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsində çalışmışdır. 2000-ci ildən «Olimpiya» idman kompleksinin direktorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Avstriya, Azərbaycan-Macarıstan, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU