ƏLİYEV Bəxtiyar Həmzə oğlu
Dairə: 118 saylı Ağdam şəhər seçki dairəsi
1961-ci il martın 20-də Ağdam rayonunun Papravənd kəndində anadan olmuşdur. Moskva Dövlət Universitetinin psixologiya fakültəsini bitirmişdir. Psixologiya elmləri doktoru, fəlsəfə elmləri namizədi, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. 3 monoqrafiyanın, 8 kitabın və 90 elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının üzvüdür. 1983–1997-ci illərdə Azərbaycan Dövlət Universitetində baş laborant, müəllim, baş müəllim, dekan müavini, dosent vəzifələrində çalışmışdır. 1997-ci ildən Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının
müdiridir.
Bitərəfdir.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyası sədrinin müavinidir. Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İsrail, Azərbaycan-İsveçrə, Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf