SADIQOV Bəxtiyar Yusif oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 119 saylı Ağdam kənd seçki dairəsi
1951-ci il yanvarın 10-da Ağdam şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Əməkdar jurnalistdir. İki dəfə «Qızıl qələm» mükafatı laureatıdır. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. 3 kitabın müəllifidir. Rus dilini bilir. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür. 1975-ci ildən «Abşeron» qəzetinin korrektoru, müxbiri, şöbə müdiri, redaktor müavini, 1987-ci ildən «Kommunist» qəzetinin baş müxbiri, şöbə müdiri, 1990-cı ildən «Həyat» qəzetinin bölgə müxbiri, 1992-ci ildən «Azərbaycan» qəzetinin müxbiri, şöbə müdiri vəzifələrində çalışmışdır. 2002-ci ildən «Azərbaycan» qəzetinin baş redaktorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa, Azərbaycan-İtaliya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU