ŞAHVERDİYEV Astan Nuşiravan oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 120 saylı Cəbrayil - Qubadlı seçki dairəsi
1947-ci il fevralın 15-də Füzuli şəhərində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsini, Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. Texnika elmləri doktoru, professordur. Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. YUNESKO-nun alternativ enerji mənbələri üzrə işçi qrupunun və idarəedici komitəsinin üzvüdür. 10 dərsliyin və monoqrafiyanın, 300-dən çox elmi məqalənin müəllifidir. 2 ixtirası vardır. İngilis və rus dillərini bilir. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunda laborant, baş laborant, mexanik, laboratoriya müdiri, dosent və professor vəzifələrində çalışmışdır. 2001-ci ildən Azərbaycan Texniki Universitetinin kafedra müdiridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İordaniya, Azərbaycan-Niderland, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU