HƏTƏMOV Sevindik Hacağa oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 121 saylı Laçın seçki dairəsi
1963-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. Rus dilini bilir. 1987-ci ildən Laçın rayonunda təchizat birliyində mühəndis, nəqliyyat müəssisəsində böyük mühəndis, tikinti-quraşdırma sahəsinin rəisi vəzifələrində çalışmışdır. 1997–2005-ci illərdə Güzdək Tikinti Materialları Kombinatının direktoru işləmişdir. Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədridir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Avstriya, Azərbaycan-Belarus, Azərbaycan-Əfqanıstan, Azərbaycan-Finlandiya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Macarıstan, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU