VƏLİYEV Ağalar İsrəfil oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 11 saylı Qaradağ seçki dairəsi
1957-ci il iyulun 23-də Yevlax şəhərində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Əməkdar mühəndisdir. Rus dilini bilir. 1976-cı ildən Yevlax dəmir-beton məmulatı zavodunda fəhlə, texnik- laborant, mühəndis, şöbə rəisi, baş mühəndis, direktor vəzifələrində çalışmışdır. 1991-ci ildən «Azəravtoyol» İstehsalat Birliyi Yevlax Körpütikinti Kombinatının baş direktoru, 1993-cü ildən Yevlax 2 saylı «Yoltəmirtikinti» trestinin rəisi, 1996-cı ildən «Azəraqrartikinti» Dövlət Şirkətinin prezidenti olmuşdur. 1998-ci ildən «Azəraqrartikinti» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Azərbaycan–Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Belarus, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 1 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU