ƏLİYEV Rauf Asif oğlu
Dairə: 13 saylı Xəzər birinci seçki dairəsi
1956-cı il mayın 27-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Neft və qaz quyularının qazılması fakültəsini bitirmişdir. Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüdür. Rus və ingilis dillərini bilir.
1978-ci ildən Bakı Qaz İstehsalat İdarəsində böyük mühəndis işləmişdir. 1983-cü ildən Azərbaycan Dövlət Peşə Təhsili Komitəsi sədrinin köməkçisi, Xalq Təhsili Nazirliyinin idarə rəisi olmuşdur. 1991–1992-ci illərdə «İnbak» firması baş direktorunun müavini, 1994-cü ildən Azərbaycan Respublikası gənclər və idman nazirinin köməkçisi, nazirliyin işlər müdiri, 2000–2005-ci illərdə «Neftçi» idman-sağlamlıq mərkəzinin sədri vəzifələrində çalışmışdır. 2004-cü ildən AFFA-nın birinci vitse-prezidentidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Sosial siyasət komitəsinin üzvüdür. Azərbaycan–Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bolqarıstan, Fransa, Koreya, Qırğızıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası