HÜSEYNOV Etibar Əli oğlu
Dairə: 15 saylı Yasamal birinci seçki dairəsi
1968-ci il yanvarın 29-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini və Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Rus dilini bilir.
1992-ci ildən «7 gün» qəzetində şöbə müdiri, 1997-ci ildən AzTV-nin Gənclik proqramları redaksiyasında aparıcı redaktor işləmişdir. 1998-ci ildən Rusiya NTV-sinin Bakı şöbəsinin rəhbəri, 2002–2011-ci illərdə «Lider» TV-də aparıcı redaktor vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Albaniya, Özbəkistan, Səudiyyə Ərəbistanı, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf