MUSABƏYOV Rasim Nəsrəddin oğlu
Dairə: 18 saylı Nərimanov - Nizami seçki dairəsi
1951-ci il yanvarın 1-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Avtomatika və telemexanika fakültəsini bitirmişdir. Fəlsəfə üzrə fəlsəfə doktoru, politologiya üzrə dosentdir. 200- dən çox kitabın, kitabçanın və elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1976–1982-ci illərdə ÜİLKGİ MK aparatının məsul işçisi olmuş, sonralar Moskvada Gənclər İnstitutunda baş müəllim, laboratoriya müdiri işləmişdir. 1989-cu ildən Bakı Ali Partiya Məktəbində laboratoriya müdiri, 1990-cı ildən Azərbaycan KP Bakı Şəhər Komitəsinin İdeologiya şöbəsinin müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatında millətlərarası münasibətlər üzrə müşavir, 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Sədrinin birinci müavininin müşaviri, 1993-cü ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun dosenti vəzifələrində çalışmışdır. 2000-ci ildən müstəqil politoloq kimi fəaliyyət göstərir.
Bitərəfdir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Əfqanıstan, Gürcüstan, İsrail, Makedoniya, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Evlidir, 1 övladı var
Partiya mənsubiyyəti: Bitərəf