MOLLAZADƏ Asim Nazim oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 22 saylı Nəsimi ikinci seçki dairəsi
1953-cü il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. Tibb elmləri doktorudur. Bir sıra dərsliklərin və elmi məqalələrin müəllifidir. Bir neçə ixtirası vardır. İngilis və rus dillərini bilir. 1978-ci ildən Bakı şəhərində xəstəxanada həkim işləmişdir. 1984–1987- ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunun baş elmi işçisi olmuşdur. 1992-ci ildən Azərbaycan Respublikası Prezidentinin Analitik-informasiya xidmətinin rəhbəri, 1993-cü ildə Azərbaycan Respublikası Prezidenti Aparatının Xarici əlaqələr şöbəsinin müdiri və Prezidentin xüsusi nümayəndəsi vəzifələrində çalışmışdır. Azərbaycan Demokratik İslahatlar Partiyasının sədridir. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan–Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, İsveçrə, Polşa, Serbiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Azərbaycan Demokratik İslahatlar Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU