ABDULLAYEV Rövnəq İbrahim oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 24 saylı Nizami birinci seçki dairəsi
1965-ci il aprelin 3-də Naxçıvan şəhərində anadan olmuşdur. Moskva İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirmişdir. Rus dilini bilir. 1989-cu ildən «Neft Daşları» NQÇİ-də, «28 May» NQÇİ-də, «Xəzərdənizneftqaztikinti» Trestinin tikinti-quraşdırma idarəsində mühəndis, şöbə rəisi, baş mühəndis işləmişdir. 1997-ci ildən «Xəzərdənizneftqaztikinti» Trestinin müdiri, 2003-cü ildən Heydər Əliyev adına Bakı neft emalı zavodunun direktoru vəzifələrində çalışmışdır. 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Azərbaycan–Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Böyük Britaniya, Gürcüstan, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU