QULİYEV Eldar Allahyar oğlu
Dairə: 28 saylı Sabunçu üçüncü seçki dairəsi
1951-ci il iyulun 26-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ticarətin iqtisadiyyatı fakültəsini bitirmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Azərbaycan Kooperasiya Universitetinin fəxri professorudur. Avropa Təbiət Elmləri Akademiyasının, İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür. Roma şəhərinin fəxri alimidir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Atatürk beynəlxalq mükafatına layiq görülmüş, qızıl medalı ilə təltif edilmiş və fəxri professoru seçilmişdir. BMT-nin «Avropa taclı xidmət» ordeni ilə təltif edilmişdir. Beynəlxalq Kooperativlər Alyansı Şurasının üzvüdür. Rus və ingilis dillərini bilir.
1973-cü ildən Ümumittifaq Əməyin Elmi Təşkili İnstitutunun Azərbaycan filialında iqtisadçı, Bakı Şəhər Sənaye Malları Ticarəti İdarəsində əmtəəşünas işləmişdir. 1976-cı ildən univermaq direktoru, 1983-cü ildən ticarət idarəsinin direktor müavini, direktoru, 1987-ci ildən Bakı Şəhər İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri, 1990-cı ildən «Azərittifaq»ın İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışmışdır. 1993- cü ildən «Azərittifaq»ın İdarə Heyətinin sədridir. Azərbaycan Kooperasiya Universitetinin İqtisadi nəzəriyyə kafedrasının müdiridir.
Bitərəfdir.
İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Aqrar siyasət komitəsi sədrinin müavinidir. Azərbaycan–Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Xorvatiya, Sloveniya, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf