ABDULLAYEVA Leyla Arif qızı
1959-cu il iyunun 11-də Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini bitirmişdir. «Tərəqqi» medalı ilə təltif edilmişdir. Rus dilini bilir.
1982-ci ildən Naxçıvan şəhərinin 1 saylı internat məktəbində və 6 saylı orta məktəbində, 1984-cü ildən Sumqayıt şəhərinin 15 saylı orta məktəbində, 1995-ci ildən «İstedad» liseyində müəllim işləmişdir. 2005-ci ildən Sumqayıt şəhər 18 saylı orta məktəbinin direktorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. Braziliya, Estoniya, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Subaydır.