MİRZƏZADƏ Aydın Böyükkişi oğlu
Dairə: 47 saylı Mingəçevir seçki dairəsi
1957-ci il iyulun 2-də Mingəçevir şəhərində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. 4 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.
1982-ci ildən Mingəçevir şəhərində Azərbaycan DRES tikintisi gənclər qərargahının rəisi, siyasi maarif kabinetinin müdiri, 1992-ci ildən «Səda» qəzetinin müxbiri, Mingəçevir Quraşdırma İdarəsinin şöbə rəisi işləmişdir. 1993-cü ildən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi, müavini, 1997–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin sektor müdiri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavinidir. Azərbaycan–Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İran, İsrail, Qazaxıstan, Polşa, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası