HÜSEYNLİ Əli Məhəmməd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 49 saylı Yevlax - Mingəçevir seçki dairəsi
1968-ci il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. Rus və ingilis dillərini bilir. Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının üzvüdür. 1991-ci ildən Azərbaycan Respublikasının Ali Məhkəməsində iclas katibi, məsləhətçi, sədrin köməkçisi işləmişdir. 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında mütəxəssis vəzifəsində çalışmış, 1996–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin köməkçisi olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədridir. Azərbaycan–Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Böyük Britaniya, Çin, İtaliya, Latviya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU