SÜLEYMANOV Tahir Süleyman oğlu
Dairə: 54 saylı Şabran-Siyəzən seçki dairəsi
1948-ci il sentyabrın 24-də Dəvəçi rayonunun Sumaqova-Qazma kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun Taxıl məhsullarının saxlanması fakültəsini bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev və «Qızıl buta» mükafatlarına layiq görülmüşdür. Rus dilini bilir.
1968-ci ildən Dəvəçidə mağazada satıcı, müdir, 1981-ci ildən «Azərittifaq»ın Dəvəçi tədarük kontorunun direktoru işləmişdir. 1982-ci ildən Pirəbədil xalça fabrikinin iqtisadçısı, direktoru, 1984-cü ildən Xaçmaz Taxıl Məhsulları Kombinatı Dəvəçi filialının anbardarı, Siyəzən şəhərində çörəkbişirmə sexinin ustası, Dəvəçidə mexanikləşdirilmiş çörəkxananın direktoru vəzifələrində çalışmışdır. 1994–2000-ci illərdə Dəvəçi Taxıl Məhsulları Kombinatının direktoru olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvüdür. İsrail, Qazaxıstan, Niderland, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası