ƏLİYEV İlham Əlisəftər oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 56 saylı Xaçmaz kənd seçki dairəsi
1967-ci il aprelin 26-da Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. 1994-cü ildən Azərbaycan Respublikasının Nəqliyyat Prokurorluğunda sistemləşdirmə üzrə prokuror köməkçisi, Aviasiya nəqliyyatı prokurorluğunun stajkeçən müstəntiqi, 1995-ci ildən Yasamal Rayon Prokurorluğunun stajçısı, 1996-cı ildən Ağdam rayon prokurorunun köməkçisi işləmişdir. 2000-ci ildən Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquq şöbəsinin prokuroru, 2007–2010-cu illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Azərbaycan–Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya, Böyük Britaniya, İtaliya, Monteneqro, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU