HÜSEYNOV Əliağa İzzət oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 59 saylı Salyan seçki dairəsi
1946-cı il dekabrın 16-da Salyan şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Mühəndis-mexanika fakültəsini, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının kurslarını və Bakı Ali Partiya Məktəbini bitirmişdir. General-leytenantdır. 41 orden və medalla təltif edilmişdir. Rus və ingilis dillərini bilir. 1970–1972-ci illərdə Bakıda tramvay-trolleybus parkında fəhlə və şərab zavodunda mühəndis-texnik işləmişdir. 1972-ci ildən 26 Bakı Komissarı Rayon Hərbi Komissarlığında bölmə rəisinin köməkçisi, 1976-cı ildən İmişli rayon hərbi komissarının müavini, 1978-ci ildən Əzizbəyov Rayon Hərbi Komissarlığının 2-ci bölməsinin rəisi, hərbi komissarı, 1988-ci ildən Yasamal rayonunun hərbi komissarı, 1997-ci ildən Azərbaycan Respublikasının hərbi komissarı vəzifələrində çalışmışdır. 2010-cu ildə Salyan Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. Bitərəfdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Azərbaycan–Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya, ABŞ, Belçika, Lüksemburq parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU