ƏLİYEV Cəlal Əlirza oğlu
Dairə: 62 saylı Saatlı seçki dairəsi
İnstitutunu və fərqlənmə diplomu ilə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. Biologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının və Ukrayna Aqrar Elmlər Akademiyasının xarici üzvüdür. Bitki Genetik Ehtiyatları üzrə Rəhbər Komitənin nümayəndəsi, Genetik Ehtiyatlar üzrə Milli Proqramın rəhbəri, YUNESKO yanında Bioetika, Elmi Biliklərin və Texnologiyaların Etikası üzrə Milli Komitənin nümayəndəsi, Yeni Bitki Sortlarının Qorunması üzrə Beynəlxalq Cəmiyyətin səlahiyyətli nümayəndəsi, «Biologiya Elminin Yeni Sahələrinin İnkişafı Fondu»nun (BEYSİF) prezidentidir. «1941–1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə» medalı (1946), «İstiqlal» ordeni və Gürcüstanın «Şərəf» ordeni ilə təltif olunmuşdur. Respublikada və çox nüfuzlu beynəlxalq nəşrlərdə çap olunmuş 530-dan artıq elmi məqalənin, habelə 20 monoqrafiya və kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.
1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirdikdən sonra iki il ucqar dağ kəndlərində müəllimlik etmişdir. 1948–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Bitkilərin fiziologiyası kafedrasında laborant işləmiş, 1951–1954-cü illərdə Azərbaycan Elmlər Akademiyasının aspirantı olmuşdur. 1954–1962-ci illərdə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, 1962-ci ildən laboratoriya müdiri vəzifələrində çalışmışdır. Paralel olaraq, Azərbaycan EA-nın Botanika İnstitutunda özünün yaratdığı laboratoriyaya (1974) rəhbərlik etmişdir. 1981–1990-cı illərdə Azərbaycan EA-nın biologiya elmləri bölməsində akademik-katib olmuşdur. Hazırda Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Bitkilərin fiziologiyası və biotexnologiya şöbəsinin və Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiridir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Azərbaycan–Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
1 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası