KAZIMOV Mirkazım Məhəmməd oğlu
Dairə: 68 saylı Cəlilabad kənd seçki dairəsi
1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun Balıqçılıq təsərrüfatı fakültəsini bitirmişdir. Rus dilini bilir.
1973-cü ildən Riqa balıq bazasında usta, 1977-ci ildən «Cənubxəzərbalıqdəniz» İdarəsində müfəttiş, 1993-cü ildən Sabunçu balıq ovu və emalı zavodunda mühəndis-texnoloq işləmişdir. 1994-cü ildən Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında baş təlimatçı, işlər müdiri vəzifələrində çalışmışdır. 1996-cı ildən «Qasid» Açıq Səhmdar Cəmiyyətinin sədridir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Azərbaycan–Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Argentina, Malayziya, Rumıniya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında və GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası