İBRAHİMLİ Fəzail Feyruz oğlu
Dairə: 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi
1951-ci il aprelin 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tarix elmləri doktoru, professordur. 60-dək elmi əsərin müəllifidir. Rus dilini bilir.
1973-cü ildən Yardımlı rayonunda orta məktəb müəllimi işləmişdir. 1982-ci ildən Azərbaycan Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2000-ci ildən Bakı Dövlət Universitetinin professorudur.
Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.
İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan–Liviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belçika, Cənubi Afrika Respublikası, Meksika, Rumıniya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Vətəndaş Həmrəyliyi Partiyası