PAŞAZADƏ Cavanşir Hümmət oğlu
Dairə: 75 saylı Lənkəran – Masallı seçki dairəsi
1953-cü il aprelin 12-də Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültəsini bitirmişdir. Rus, fars, özbək və tacik dillərini bilir.
1977-ci ildən Lənkəran Su Tikinti İdarəsində texnik, mühəndis, suvarma istehsalatında sahə ustası, sahə rəisi, tikinti trestində əmtəəşünas, usta işləmişdir. 1986-cı ildən Lənkəran Texniki Materiallar Bazasında mühəndis, neft məhsulları bazasında operator, paylayıcı briqadir, direktor müavini olmuşdur. 1992-ci ildən Lənkəran 3 saylı çay fabrikinin direktoru, 1998–2005-ci illərdə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoru vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür. Azərbaycan–Suriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Əlcəzair, İraq, Pakistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası